Sloveniya parlamenti ötanaziyaya - İCAZƏ VERDİ

Sloveniya parlamenti ötanaziyaya - İCAZƏ VERDİ Dünya

Sloveniya parlamenti, ölümcül xəstəliyi olan yetkin şəxslərə həyatlarına dəstəklə son vermək hüququ tanıyan qanunu qəbul edib. Səsvermədə 50 deputat “lehinə”, 34-ü “əleyhinə” səs verib, 3 deputat isə bitərəf qalıb.

News24.az xəbər verir ki, yeni qanuna əsasən, bütün müalicə imkanlarının tükəndiyi və dözülməz ağrılar yaşayan hallarda dəstəklə ölümə icazə veriləcək. Qeyd olunub ki, psixi xəstəlik səbəbilə ağrı çəkən şəxslər bu qanunun əhatəsinə daxil edilməyəcək.

Xeyrənsə Piriyeva