Süni intellektlə yazışdı, psixiatriya xəstəxanasına düşdü – Kaliforniyada qəribə hadisə

Süni intellektlə yazışdı, psixiatriya xəstəxanasına düşdü – Kaliforniyada qəribə hadisə Dünya

Kaliforniyada süni intellektlə bağlı qeyri-adi hadisə yaşanıb. Belə ki, süni intellekt botu ilə intensiv ünsiyyətdən sonra 26 yaşlı psixiatriya klinikasına yerləşdirilib. Qadına depressiya, diqqət çatışmazlığı, hiperaktivlik diaqnozu qoyulub.

News24.az xəbər verir ki, qadın süni intellektlə ünsiyyət zamanı vəfat etmiş qardaşı ilə danışdığına inanıb.

Təcili hospitalizasiyadan sonra sayıqlama əlamətləri aradan qaldırılsa da, üç ay sonra vəziyyət təkrarlanıb və qadın yenidən süni intellektlə yazışmaya başlayıb, nəticədə yenidən psixiatriya xəstəxanasına yerləşdirilib.

Həkimlər qadının vəziyyətini psixoloji həssaslıqla əlaqələndirmirlər. Onlar süni intellektin istifadəçiyə eşitmək istədiyi cavabları verməsini ciddi təhlükə hesab edirlər. Mütəxəssislərin fikrincə, bu cür halların artmaması üçün süni intellekt platformalarında psixi sağlamlıqla bağlı daha ciddi təhlükəsizlik mexanizmləri tətbiq olunmalıdır.