İspaniya və Fransadan sonra Avstriya da ABŞ-yə "yox" dedi

İspaniya və Fransadan sonra Avstriya da ABŞ-yə "yox" dedi Dünya

İspaniya və Fransanın ardınca Avstriya da ABŞ-yə İranla müharibə məqsədilə hava məkanından istifadəyə icazə verməyib.

News24.az xəbər verir ki, daha əvvəl İtaliya da bənzər addım atıb. Belə ki, ABŞ-nin Siciliyadakı hərbi bazasından istifadə təklifinə mənfi cavab verib.

İtaliya hökuməti bunun ardınca açıqlama verərək məsələyə aydınlıq gətirib. Bildirilib ki, ABŞ-yə "yox" cavab verilməsinin səbəbi Vaşinqtonun hərbi bazada bombardmançı yerləşdirmək istəyi olub. Ölkə ərazisində bombardmançıların yerləşdirilməsi barədə icazə isə parlament tərəfindən təsdiq edilməli idi.