İspaniyada qatar toqquşdu, 29 nəfər yaralandı

İspaniyada qatar toqquşdu, 29 nəfər yaralandı Dünya
İspaniyanın Kataloniya muxtar vilayətində sərnişin qatarı ilə yük qatarı lokomotivinin toqquşması nəticəsində azı 29 nəfər yaralanıb.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kataloniya Mülki Müdafiə Baş İdarəsinin yaydığı press-relizdə bildirilib.

Məlumata görə, hadisə gecə saatlarında muxtariyyatinə Tarraqon bölgəsinin Vila-seka yaşayış məntəqəsində baş verib. Barselona Tortos maşrutu istiqamıtində hərəkət edən qatarda 75 sərnişin olduğu qeyd olunub.