İstanbulda İŞİD-ə qarşı əməliyyat: 29 nəfər saxlanıldı

İstanbulda İŞİD-ə qarşı əməliyyat: 29 nəfər saxlanıldı Dünya

İstanbul Cumhuriyyət Baş Prokurorluğunun Terror Cinayətləri üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırma çərçivəsində İŞİD terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

News24.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşlarının eyni vaxtda həyata keçirdiyi reydlər zamanı ümumilikdə 29 şübhəli saxlanılıb.

Məlumata görə, istintaq Yalovada baş verən və üç polis əməkdaşının həlak olması ilə nəticələnən hücumla əlaqədar başlanıb. Hadisədən sonra sosial şəbəkədə terror təşkilatının təbliğatını apardığı müəyyən edilən 28 nəfər, həmçinin təşkilat daxilində fəaliyyət göstərdiyi müəyyənləşdirilən bir nəfər barəsində saxlanılma qərarı verilib.

Şübhəlilərin yaşayış yerlərində aparılan axtarışlar zamanı çoxsaylı rəqəmsal materiallar və təşkilati sənədlər müsadirə edilib. Baş Prokurorluq terror təşkilatlarına qarşı mübarizənin qətiyyətlə davam etdiriləcəyini açıqlayıb.

Nilufər