Sutkada 3,9 min yoluxma, - 195 ÖLÜM

Sutkada 3,9 min yoluxma, - 195 ÖLÜM Dünya
Hindistanda sutka ərzində koronavirusa yoluxmaların sayı 3900 nəfər olub. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Səhiyyə və Ailə Rifahı Nazirliyoi məlumat yayıb. Bildirilib ki, ölkədə ümumi yoluxma hallarının sayı 46 min 433-dür. 

Hindistanda gün ərzində koronavirusdan 195 xəstə ölüb. Bununla da koronavirus qurbanlarının sayı 1568 nəfərə çatıb. 

Nazirliyin məlumatında qeyd edilib ki, bu günə qədər 12 min 726 xəstə koronavirusdan sağalıb.