Tacikistan: - "Rusiyadakı tacik əsirlər müharibəyə göndərilib"

Tacikistan: - "Rusiyadakı tacik əsirlər müharibəyə göndərilib" Dünya
Tacikistanın daxili işlər naziri Ramazon Rahimzoda Rusiya həbsxanalarından 100-ə yaxın tacikistanlı məhbusun Rusiya-Ukrayna müharibəsinə göndərildiyini açıqlayıb.

News24.az xarici mediaya istinadən xəbər verir ki, Rahimzoda məsələ ilə bağlı Rusiya rəsmilərinin məlumat vermədiyini, iki ölkə arasında məlumat mübadiləsi ilə bağlı heç bir razılaşma olmadığını bildirib. 

Rəhimzadə Rusiya həbsxanalarından bölgəyə göndərilən tacik məhbuslar haqqında məlumat verən ilk Tacikistan rəsmisi olub.

Tacikistan mediası, Rusiya-Ukrayna müharibəsində həyatını itirən 20 tacik məhbusun şəxsiyyətini açıqlayıb.
Günəş Mərd