Tanınmış rejissor İranda həbs edildi

Tanınmış rejissor İranda həbs edildi Dünya

İran təhlükəsizlik məmurları tanınmış rejissor və ictimai fəal Səmira Novruz Nasirini həbs ediblər.

News24.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb.

Məlumata görə, iyunun 1-də məmurlar rejissorun evinə hücum edib, axtarış aparıb, ona məxsus mobil telefon və komputeri müsadirə ediblər.

Səmira Novruz Nasirinin həbs səbəbi və hara aparıldığı barədə məlumat verilməyib. (Unikal)