Tanınmış diplomatın meyiti oteldə tapıldı - FOTO
Dünya
Rusiya Federasiyası Xarici İşlər Nazirliyində baş direktor olan Nikolay Kobrinetsin İstanbulda Taksim hotelində meyiti tapılıb.
News24.az xəbər verir ki, bu barədə "Sondakika.com" məlumat yayıb.
Məlumata görə, Kobrinets diplomatların görüşündə iştirak etmək üçün İstanbula gəlib.
Qaldığı hotel otağında çarpayıda hərəkətsiz halda tapılan diplomatın ürəktutmadan öldüyü ehtimal edilir.
Ölüm səbəbini dəqiqləşdirmək üçün onun meyiti tibbi ekspertizaya aparılıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Ülkər ABDURAHMANLI