Tayvan idmançıları - BELƏ QARŞILADI
Dünya
Tayvan Hərbi Hava Qüvvələri Paris Olimpiadasından qayıdan Tayvanlı idmançıların son qrupunu F-16-larla havada qarşılayıb.
News24.az xəbər verir ki, Hərbi Hava Qüvvələrindən verilən açıqlamada “Olimpiya qəhrəmanları vətənə qələbə ilə qayıtdılar və F-16 döyüş təyyarələri onları müşayiət etdi. Olimpiya idmançılarının heyrətamiz çıxışı dünyaya Tayvanın gücünü göstərdi. İdmançıların beynəlxalq arenada göstərdikləri sarsılmaz cəsarət və qətiyyət, eləcə də hava məkanının qorunmasında Hərbi Hava Qüvvələrinin zabit və əsgərlərinin səyləri və fədakarlığı bütün xalqın fəxridir”, - deyilib.
Qeyd edək ki, Tayvan Paris Olimpiadasında iki qızıl və beş bürünc olmaqla yeddi medal qazanaraq tarixində ikinci ən yaxşı nəticəyə nail olub.
Məryəm İlhamqızı