Təhlükəli infeksiya yayılır: - ÖLƏNLƏR VAR
Dünya
Ruandada “Marburq qızdırması” infeksiyasına 58 yoluxma qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.
Yoluxanlardan 13 nəfər ölüb və xəstəliyin ölüm nisbəti 22 % təşkil edib.
Onu da qeyd edək ki, 15 xəstə “Marburq qızdırması”ndan sağalıb. Eyni zamanda, xəstələrlə təmasda olan 700-dən çox insan həkim nəzarətindədir.
ÜST Marburq qızdırmasının yayılmasını 3-cü səviyyəli fövqəladə vəziyyət kimi təsnif etdi. Bunun fövqəladə vəziyyət üçün ən yüksək daxili səviyyə olduğu bilinir.
Teymur Məmmədov