Tehrandan BƏƏ-yə xəbərdarlıq – Gərginlik artır

Tehrandan BƏƏ-yə xəbərdarlıq – Gərginlik artır Dünya

İran Xarici İşlər Nazirliyi Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) raket və pilotsuz təyyarələrlə hücumuna dair iddiaları rədd edən bəyanat yayıb.

News24.az xəbər verir ki, rəsmi sənəddə İran Silahlı Qüvvələrinin son mərhələdə həyata keçirdiyi müdafiə tədbirlərinin yalnız Amerika hücumlarını dəf etməyə yönəldiyi və BƏƏ-yə qarşı heç bir hücum həyata keçirilmədiyi bildirilib.

Eyni zamanda Əbu-Dabi rəhbərliyi düşmən tərəflərlə İran əleyhinə sövdələşmədə ittiham olunub.

İran XİN BƏƏ-nin hərbi bazalarda avadanlıqlar yerləşdirməyə davam etməsini pisləyərək bunun regional sülh və sabitlik üçün təhlükəli nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

Qeyd olunub ki, son günlər ABŞ ordusunun bölgədə qanunsuz və təxribatçı fəaliyyətlərinin artdığı bir vaxtda, Əbu-Dabi rəsmilərinin Vaşinqtonla açıq əməkdaşlıq etməsi mehriban qonşuluq prinsiplərinə ziddir. /Azad İran