Texnologiya milyarderləri “qiyamətə” hazırlaşır
Dünya
Son illərdə texnologiya sahəsinin varlı şəxsləri “qiyamətə hazırlıq” yarışına çıxıb. Gizli sığınacaqlar, ucqar torpaq sahələri və “qiyamət sığortası” adlandırılan mülklər onların yeni meyli olub.
News24.az xəbər verir ki, mütəxəssislər bu tendensiyanı həm mümkün fəlakətə hazırlaşma, həm də status nümayişi kimi qiymətləndirir. Rid Hoffman, Mark Zukerberq və Sam Altman kimi texnologiya liderləri bu sahədə diqqət çəkir. Zukerberq Havayda 400 milyon dollarlıq mülk və yeraltı sığınacaq layihəsi ilə gündəmə gəlib.
Bəzi alimlər AGI (ümumi süni zəka) qorxusunun şişirdildiyini bildirir. Onlar əsl təhlükənin bugünkü süni zəkanın yaratdığı bərabərsizlik, işsizlik və yanlış məlumat problemi olduğunu vurğulayır. Tənqidçilər isə milyarderlərin təhlükəsizlik üzərində fokuslanmasının sosial məsuliyyətdən qaçış olduğunu qeyd edirlər.
Xeyrənsə Piriyeva