Təyyarə yanğınsöndürən maşınla toqquşdu - Xəsarət alanlar var - Video - YENİLƏNDİ
Dünya
Nyu-Yorkun La-Guardia hava limanında təyyarə uçuş-enmə zolağında yanğınsöndürən maşın ilə toqquşub.
News24.az xəbər verir ki, hadisə zamanı “Air Canada Express” aviaşirkətinə məxsus CRJ-900 təyyarəsi ciddi zədələnib.
Qəza nəticəsində onlarla insan xəsarət alıb. Ölənlər barədə dəqiq məlumat yoxdur.
Hazırda hadisənin səbəbi araşdırılır. /Shot
Xəbər verdiyimiz kimi, Nyu-Yorkun La-Guardia hava limanında təyyarə uçuş-enmə zolağında yanğınsöndürən maşın ilə toqquşub.
News24.az xəbər verir ki, qəza ilə bağlı yeni məlumat yayılıb.
Məlumata görə, toqquşma zamanı 2 nəfər ölüb.
Hadisə zamanı təyyarədə 100 sərnişinin olduğu bildirilib.