Tramp ABŞ ilə Cənubi Koreyanı “evləndirdi"
Dünya
“Amerika Birləşmiş Ştatları ilə Cənubi Koreya arasında elə sıx ticarət-iqtisadi əlaqələr var ki, onları evliliklə müqayisə etmək olar”.
News24.az “Bloomberg”-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp deyib.
“Biz, əslində, evliyik və aramızda xüsusi münasibətlər, xüsusi bir bağ var”, — deyə Ağ Evin rəhbəri Cənubi Koreyanın Kyoncu şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində bildirib.