Tramp Şahbaz Şərifin təklifinə nə cavab verəcək?
Dünya
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ-yə müraciət edərək İrana verilən müddətin daha 2 həftə uzadılmasını xahiş edib.
News24.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
Şahbaz Şərif eyni təkliflə İrana da müraciət edib. Ondan Hörmüz boğazını 2 həftə müddətini açmağı xahiş edib.
Ağ Evin mətbuat katibi Kerolayn Livittin açıqlamasına görə, ABŞ Prezidenti Donald Tramp Pakistanın bu təklifinə cavab verəcəyini bildirib.