Tramp DÇ biletlərindən danışdı: "Pul verməzdim"

Tramp DÇ biletlərindən danışdı: "Pul verməzdim" Dünya

ABŞ prezidenti Donald Tramp qarşıdan gələn futbol üzrə dünya çempionatının biletlərinin baha olduğuna görə onları almayacağını etiraf edib.

News24.az xəbər verir ki, ABŞ lideri Amerika ilə Paraqvay arasında keçiriləcək oyunun biletlərinin təxminən 1000 dollar olduğunu bildirib.

“Mən bu məbləği bilmirdim. Əlbəttə, orada olmaq istərdim, amma düzünü desəm, mən də həmin biletlərə pul verməzdim”, - deyə Ağ evin sahibi bildirib.

Qeyd edək ki, 2026-cı il Dünya Kuboku 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.

Oyunlar üç ölkənin - ABŞ, Kanada və Meksikanın stadionlarında keçiriləcək.

Biletlərin qiyməti 100 dollardan 6370 dollara qədər dəyişir. / The New York Times/