Tramp İranla bağlı bu əməliyyatı dayandırdı

Tramp İranla bağlı bu əməliyyatı dayandırdı Dünya

ABŞ prezidenti Donald Tramp Fars körfəzində qalan gəmilərin azad edilməsi üçün nəzərdə tutulan “Azadlıq Layihəsi” əməliyyatını dayandırıb.

News24.az xəbər verir ki, o bu barədə “Truth Social” hesabında yazıb.

Tramp qərarını Pakistanın və digər ölkələrin xahişi, İrana qarşı kampaniya zamanı əldə olunan böyük hərbi uğurlar, eləcə də Tehranla tam və yekun razılaşmanın əldə olunmasında əhəmiyyətli irəliləyiş ilə izah edib.

“Biz qarşılıqlı razılığa gəldik ki, blokada tam qüvvədə qaldığı müddətdə “Azadlıq Layihəsi” qısa müddətə dayandırılsın. Razılaşmanın tamamlanıb imzalanmasının mümkün olub-olmadığına baxaq”, – deyə o qeyd edib