Tramp İranla bağlı qərar verdi

Tramp İranla bağlı qərar verdi Dünya

ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşmanın bağlanması ilə bağlı  müddəti bir sutka uzadıb.

News24.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin jurnalisti Barak Ravid "X" sosial şəbəkəsində yazıb.

"Tramp İran üçün son müddəti daha bir sutka uzadıb", - Ravid qeyd edib.

Qeyd edək ki, Tramp bazar günü "Fox News" telekanalına "sabah sövdələşmə bağlamaq üçün yaxşı şans" olduğunu bildirib.

"Əgər onlar sazişi bağlamasalar - özü də tez bir zamanda - mən hər şeyi partlatmaq və nefti nəzarətə götürmək imkanını nəzərdən keçirirəm... Düşünürəm ki, sabah üçün yaxşı şans var, danışıqlar elə hazırda da gedir", - Tramp vurğulayıb.