Vaşinqtonun yeni planı: Prioritetlər dəyişdi

Vaşinqtonun yeni planı: Prioritetlər dəyişdi Dünya

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazının böyük hissəsinin bağlı qalacağı təqdirdə belə, İrana qarşı hərbi əməliyyatı dayandırmağa hazırdır.

News24.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” Ağ Ev rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, son günlər ABŞ administrasiyası belə nəticəyə gəlib ki, boğazın tam açılmasına cəhd münaqişəni xeyli uzada və ilkin planlaşdırılan 4–6 həftəlik çərçivədən kənara çıxara bilər.

Bununla əlaqədar Vaşinqton əməliyyatın əsas məqsədlərinə - İranın hərbi-dəniz potensialının zəiflədilməsi, raket imkanlarının azaldılması və aktiv döyüş mərhələsinin başa çatdırılmasına, daha sonra isə gəmiçilik azadlığının bərpası üçün diplomatik təzyiqin artırılmasına fokuslanmağı planlaşdırır.

Əgər buna nail olunmasa, ABŞ ümid edir ki, gəmilərin keçidinin təmin edilməsi təşəbbüsünü Avropa və Fars körfəzi ölkələrindən olan müttəfiqlər üzərinə götürəcək. Hərbi ssenarilər istisna edilmir, lakin hazırda prioritet hesab olunmur.

Boğaz açılmadan münaqişənin başa çatması İranın bu strateji marşrut üzərində nəzarətinin güclənməsinə səbəb ola bilər və onun açılması üzrə çətin əməliyyat sonraya saxlanıla bilər.