Tramp: Neft bahalaşdıqca ABŞ daha çox pul qazanır

Tramp: Neft bahalaşdıqca ABŞ daha çox pul qazanır Dünya

ABŞ prezidenti Donald Tramp neft qiymətlərinin artmasının ABŞ üçün daha çox gəlir gətirdiyini bildirib.

News24.az xəbər verir ki, Tramp bu fikirləri "Truth Social" sosial şəbəkəsində etdiyi paylaşımda yazıb. O həmçinin ABŞ və İsrailin İrana qarşı hərbi addımlarını müdafiə edib.

Prezident qeyd edib ki, ABŞ dünyanın ən böyük neft istehsalçılarından biridir və buna görə də neft qiymətləri artdıqda ölkə daha çox gəlir əldə edir.

Tramp əlavə edib ki, onun üçün əsas məsələ İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır. Onun sözlərinə görə, belə bir vəziyyət Yaxın Şərq və dünya üçün böyük təhlükə yarada bilər.