Tramp onu qatil adlandırdı
Dünya
ABŞ Prezidenti Donald Tramp Hindistanın baş naziri Narendra Modini həm “ən xoş görünüşlü insan”, həm də “döyüşə can atan bir qatil” adlandırıb.
News24.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yayıb.
Tramp bildirib ki, Hindistan və Pakistan arasında gərginliyi azaltmaq və münasibətləri normallaşdırmaq üçün onları 250 faizlik gömrük rüsumu tətbiq etməklə hədələyib.
Prezidentin sözlərinə görə, o, şəxsən Modiyə zəng edərək, - əgər siz Pakistanla müharibəyə başlayırsınızsa, biz ticarət sazişi bağlaya bilməyəcəyik , - deyib.
O, eyni zamanda Pakistan rəsmilərinə də zəng edib və hər iki tərəfə döyüş əməliyyatlarını dayandırmağın vacibliyini bildirib. Əks halda ABŞ-nin tətbiq edəcəyi tariflərin "biznesin sonu" olacağını qeyd edib.