Tramp postunu nə vaxt tərk edəcəyini açıqladı

Tramp postunu nə vaxt tərk edəcəyini açıqladı Dünya

ABŞ prezidenti Donald Tramp 8–9 ildən sonra vəzifəsini tərk edə biləcəyini istisna etməyib.

News24.az xəbər verir ki, Tramp administrasiyanın biznesə dəstək məqsədilə həyata keçirdiyi tədbirlərdən danışarkən qeyd edib ki, bu imkanlardan hətta vəzifədən ayrıldıqdan sonra da faydalana bilər.

Bundan əvvəl o, Kentukki ştatının Hebron şəhərindəki çıxışı zamanı ABŞ prezidentliyinə mümkün namizəd, Kaliforniya qubernatoru Gevin Nyusomu sərt şəkildə tənqid edib və onun psixoloji problemləri olduğunu iddia edib.

Qeyd edək ki, Tramp daha əvvəl “Truth Social” sosial şəbəkəsindəki paylaşımında özünü Venesuelanın müvəqqəti prezidenti kimi təqdim etmişdi. /TASS/