Tramp Putini G20 sammitinə dəvət edəcək? - Özü açıqladı
Dünya
ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini G20 sammitinə dəvət edib-etməmək barədə hələ düşünmədiyini bildirib.
News24.az xəbər verir ki, Tramp bu barədə “GB News” telekanalına müsahibəsində bildirib.
“Bu barədə düşünməmişəm”, – deyə Tramp qeyd edib.
Tramp növbəti dəfə Rusiya-Ukrayna münaqişəsinin başa çatmasını istədiyini vurğulayıb.
O, münaqişənin nizamlanmasına iki ölkə liderlərinin bir-birinə olan nifrətinin əngəl yaratdığını da ehtimal edib.
Qeyd edək ki, G20 sammiti dekabr ayında ABŞ-nin Mayami şəhərində keçiriləcək.