"Tramp uduzsa, - ABŞ-da artıq real seçki olmayacaq"

"Tramp uduzsa, - ABŞ-da artıq real seçki olmayacaq" Dünya

İlon Mask xəbərdarlıq edib ki, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yarışda uduzsa, ABŞ-da daha real seçki olmayacaq.

News24.az xəbər verir ki, bununla bağlı Mask X-də (əvvəllər Twitter) yazıb:

"Demək olar ki, bütün Demokratik Partiya liderlərinin açıq şəkildə bəyan etdiyi məqsəd 15 milyona yaxın qeyri-qanuni immiqrantı mümkün qədər tez leqallaşdırmaq və daha on milyonlarla insanı cəlb etməkdir. Bu Amerikanı daimi təkpartiyalı dövlətə çevirəcək. Əgər, Tramp uduzsa, bu son real seçki olacaq”.

Onu da xatırladaq ki, iş adamı daha əvvəl bəyan etmişdi ki, çoxlu sayda yoxlanılmamış immiqrantın ABŞ-a qanunsuz daxil olması ölkə üçün “fəlakət resepti”dir.

Eyni zamanda, Mask indiki Amerika administrasiyasının immiqrasiya siyasətini dəfələrlə tənqid edib. Onun sözlərinə görə, ABŞ hakimiyyəti ölkədə qeyri-qanuni mühacirlərin törətdiyi cinayətlərin qarşısını almaq üçün heç nə etmir. Mask həmçinin iddia edib ki, Vaşinqton immiqrasiya siyasətini dəyişməsə, ABŞ məhvə məhkum olacaq.

Günel Məlikzadə