Tramp və Zelenski telefon danışığı apardı – YENİLƏNDİ

Tramp və Zelenski telefon danışığı apardı – YENİLƏNDİ Dünya

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampla planlaşdırılan danışıqları müzakirə edib.

News24.az xəbər verir ki, Volodimir Zelenski bildirib ki, o, Donald Trampla telefon danışığında cümə axşamı Cenevrədə keçiriləcək Vaşinqton-Kiyev nümayəndə heyətlərinin görüşünü müzakirə edib.

Tərəflər həmçinin mart ayının əvvəlində keçirilməsi planlaşdırılan üçtərəfli danışıqlara hazırlıq məsələlərini də nəzərdən keçiriblər.

Prezident qeyd edib ki, qarşıdakı görüşlər danışıqlar prosesinin növbəti mərhələsi üçün mühüm əhəmiyyət daşıyır.

**

ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı keçirilir. 

News24.az xəbər verir ki, bu barədə "Axios" nəşrinin müxbiri mənbəyə istinadən məlumat yayıb.

Qeyd edək ki, Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına görə, Trampla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı planlaşdırılmır.