Trampdan şok açıqlama: Bir milyon dollara ABŞ vətəndaşlığı mümkün olacaq

Trampdan şok açıqlama: Bir milyon dollara ABŞ vətəndaşlığı mümkün olacaq Dünya

ABŞ Prezidenti Donald Tramp ölkədə yeni “Qızıl kart” sisteminin rəsmi olaraq işə düşdüyünü elan edib.

News24.az xəbər verir ki, Tramp layihənin təqdimatında böyük həyəcan hissi keçirdiyini bildirib.

Onun sözlərinə görə, kartdan əldə olunacaq bütün vəsait birbaşa ABŞ hökumətinin büdcəsinə yönləndiriləcək: “Bu məbləğ çox ciddi rəqəmlərə çata bilər”, – deyə o qeyd edib.

Prezident həmçinin vurğulayıb ki, yeni “Qızıl kart” xarici vətəndaşlara verilən “Yaşıl kart”a (“Green Card”) bənzəsə də, ondan daha üstün imkanlar təqdim edəcək.

Proqrama əsasən, ən azı bir milyon dollar ödəniş edən xarici vətəndaşlar ABŞ-də yaşamaq hüququ qazana biləcəklər.