Trampdan Ukrayna ilə bağlı açıqlama: "Ərazilərini itirirlər"
Dünya
Ukrayna Rusiya ilə münaqişədə ərazilərini itirir.
News24.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Salem News Channel”a müsahibəsində bildirib.
“Bilirsiniz, onlar (Ukrayna — red.) ərazilər itirirlər”, - deyə Ağ Ev rəhbəri vurğulayıb.
Bununla yanaşı, Tramp Co Baydenin rəhbərliyi dövründə Kiyevə 350 milyard dollar dəyərində silah verilməsini gülünc adlandırıb.