Trampın növbəti hədəfi Makrondur?
Dünya
ABŞ prezidenti Donald Trampın Fransa lideri Emmanuel Makronun vəzifədən gedəcəyi ilə bağlı sözləri ona qarşı Venesuela və ya İran ssenarisinin təkrarlanması ehtimalı barədə düşünməyə əsas verir.
News24.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində səsləndirib.
“Makrona Venesuela ssenarisi, yoxsa İran ssenarisi tətbiq olunacaq? Əslində bu, düşünürəm ki, Makronun özünün də düşündüyü əsas sualdır”, – deyə diplomat bildirib.
Qeyd edək ki, martın 17-də Makron Milli Müdafiə Şurasının iclasında çıxışı zamanı bildirib ki, Fransa mövcud şəraitdə heç bir halda Hörmüz boğazının açılması və ya blokadadan çıxarılması əməliyyatlarında iştirak etməyəcək.
Tramp isə bu bəyanatı eşitdikdən sonra Makronun tezliklə istefa verəcəyini proqnozlaşdırıb.
Fransada növbəti prezident seçkiləri 2027-ci ilin aprelində keçiriləcək. Makron iki müddət ardıcıl prezident olduğu üçün həmin seçkilərdə iştirak edə bilməz.