Trampın bu qərarı ŞOK ETDİ: Cəmi üç gün sonra…

Trampın bu qərarı ŞOK ETDİ: Cəmi üç gün sonra… Dünya

ABŞ bütün idxal məhsullara 10 faiz gömrük rüsumu tətbiq edəcək.

News24.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən konfransda məlumat verib.

O bildirib ki, bu qərar 3 gün sonra qüvvəyə minəcək. Ağ Ev rəhbəri, həmçinin, tariflərin daha da yüksələ biləcəyini istisna etməyib.

Qeyd edək ki, konfrans ABŞ Ali Məhkəməsinin idxal rüsumları mexanizmi ilə bağlı qərarından sonra çağırılıb.