Vəfat edən məşhur müğənninin vəsiyyəti görün nə imiş
Dünya
Türk musiqisinin böyük ustadı Muazzez Abacının vəsiyyəti açıqlanıb.
News24.az xəbər verir ki, sənətçi sağlığında Ankarada atasının məzarının yanında dəfn olunmağı vəsiyyət edib.
Dəfn mərasimi Mədəniyyət və Turizm Nazirliyi və Diyanət İşləri İdarəsinin təşkilatçılığı ilə keçiriləcək.
Vida mərasimi 16 noyabr bazar günü saat 12:00-da İstanbul Atatürk Mədəniyyət Mərkəzində baş tutacaq. Cənazə mərasiminin ardından 17 noyabr bazar ertəsi günü günorta namazından sonra Ankara Kocatepe Məscidində dəfn ediləcək.
Abacı atasız böyümənin yaralarını daşıyan biri olaraq, vəsiyyətində dəfn olunmaq istədiyi yerin məhz atasının yanında olmasını xüsusi vurğulayıb.