"Turkish Airlines" daxili reyslərdə maska taxmaq tələbini ləğv edib
Dünya
Bu gün “Turkish Airlines” aviaşirkətinin baş direktoru Bilal Ekşi daxili reyslərdə qoruyucu maskanın taxılmasının məcburi qaydasının ləğv edildiyini açıqlayıb.
News24.az-ın məlumatına görə,bu barədə o, özünün "Twitter" səhifəsində "Turkish Airlines"ın daxili reyslərində maska taxmaq tələbinin ləğv olunması ilə bağlı suala müsbət cavab verib.
Bununla belə, o əlavə edib ki, beynəlxalq reyslərdə maskadan istifadə qaydaları səyahətçinin getdiyi ölkənin tələblərindən asılı olaraq fərqlənir.
Qeyd edək ki, dünən Türkiyədə ictimai nəqliyyatda qoruyucu maska taxmaq tələbi ləğv edilib.