Türkiyə, Azərbaycan və Gürcüstan saziş imzaladı
Dünya
Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşü çərçivəsində üçtərəfli saziş imzalanıb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, sazişi Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani imzalayıblar.