PKK-nın yüksək vəzifəli şəxsi öldürüldü - FOTO

PKK-nın yüksək vəzifəli şəxsi öldürüldü - FOTO Dünya

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyanın şimalında keçirdiyi əməliyyatları davam etdirir.

News24.az xəbər verir ki, keçirilən əməliyyatla PKK-nın Suriya ideoloji sahə müdiri terrorçu Əli Subaşı zərərsizləşdirilib.

Qeyd edək ki, Əli Subaşı 1987-ci ildə hərbi xidmətdən qaçaraq PKK-ya qoşulub. Təşkilata qatıldığı ilk illərdə Türkiyə və İranda, sonrakı illərdə isə İraqda təşkilat adına məsul silahlı fəaliyyətlər həyata keçirib. PKK-nın İraq və Suriyadakı yüksək səviyyəli rəsmiləri ilə yaxın münasibətdə olub. Qurumun ideologiyasının kadrlara ötürülməsi sahəsində fəaliyyət göstərib. Suriyada İdeoloji Bölgə məmuru kimi çalışıb. 

Qumral


PKK-nın yüksək vəzifəli şəxsi öldürüldü - FOTO