Türkiyə Xarici İşlər Nazirliyindən İsrailə reaksiya

Türkiyə Xarici İşlər Nazirliyindən İsrailə reaksiya Dünya

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Rəfaha hücumları ilə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, bəyanatda aşağıdakı ifadələrdən istifadə edilib: 

“İsrailin indiyədək Qəzzada törətdiyi dağıntı və qırğınlardan sonra Rəfah şəhərinə artan hücumlarından çox narahatıq. Biz beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasını İsraili dayandırmaq üçün lazımi addımları atmağa çağırırıq”.

Günel Məlikzadə