Türkiyə zəlzələyə - hazırlaşır
Dünya
Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən Qalata körpüsü seysmik müqavimətini artırmaq məqsədilə avqustun 13-də təmir işləri üçün 40 gün müddətinə bağlanacaq.
News24.az xəbər verir ki, bu barədə “Nasıl Bir Ekonomim” nəşri yazıb.
Körpünün təmiri çərçivəsində asfalt örtüyünün və genişləndirici birləşmələrin dəyişdirilməsi nəzərdə tutulub. Mütəxəssislər dayaq hissəsindən və göyərtələrdən artıq çəki götürərək körpünün qaldırma sistemini yüngülləşdirməyə hazırlaşırlar.
Bundan əlavə, körpünün hidroizolyasiya sistemi də dəyişdiriləcək. Təmir zamanı sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunub.
Qeyd edək ki, bir müddət əvvəl tanınmış türk seysmoloqu Cəlal Şengör bildirib ki, zəlzələ baş verərsə, İstanbul aclıq və epidemiyalar da daxil olmaqla, dəhşətli nəticələrlə üzləşəcək.
Aydan