Türkiyədə fevraldan bəri 38 min afterşok qeydə alınıb

Türkiyədə fevraldan bəri 38 min afterşok qeydə alınıb Dünya
Türkiyədə fevralın 6-sı baş verən dağıdıcı zəlzələlərdən sonra 38 minə yaxın afterşok qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə AFAD-ın Zəlzələ və Risklərin Azaldılması şöbəsinin direktoru Orxan Tatar məlumat verib.

Tatarın sözlərinə görə, Türkiyədə baş verən zəlzələ kimi təbii fəlakətlərdən sonra uzun müddət afterşoklar davam edir.

Mütəxəssis əlavə edib ki, Türkiyədə çox aktiv qırılma nöqtələri var: "AFAD-ın zəlzələ idarəsinin bir ildə ölçdüyü orta zəlzələ sayı 22 min civarında olduğu halda, bu zəlzələlərin cəmi 3,5 ayda yaratdığı afterşokların sayı 38 min civarındadır. Bu, çox böyük rəqəmdir. Türkiyənin bir çox bölgəsində aktiv qırılmalar var. Bu qırılmalar hər an 5 bal və daha yüksək zəlzələlər yarada bilən qırılmalardır".

Qumral