Türkiyədə güclü yanğın: 12 təyyarə, 12 helikopter havalandı

Türkiyədə güclü yanğın: 12 təyyarə, 12 helikopter havalandı Dünya

Türkiyənin Çanaqqala vilayətinin Gelibolu rayonunda meşə yanğınları baş verib.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb.

Məlumata görə, yanğın rayonun Tayfur kəndi yaxınlığındakı meşəlik ərazidə naməlum səbəbdən başlayıb. Hazırda yanğına görə iki kənd təxliyə edilib.

Yanğının söndürülməsi istiqamətində 12 təyyarə, 12 helikopter, 94 yanğınsöndürmə maşını və digər texnikalarla havadan və qurudan tədbirlər görülür.