Türkiyədə məktəbə silahlı hücumla bağlı 16 şübhəli saxlanıldı

Türkiyədə məktəbə silahlı hücumla bağlı 16 şübhəli saxlanıldı Dünya

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücumla bağlı saxlanılanların sayı açıqlanıb.

News24.az xəbər verir ki, bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinin Polis Baş İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, 14 aprel 2026-cı il tarixində Şanlıurfa vilayətinin Siverek rayonunda yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verən silahlı hücum hadisəsi ilə əlaqədar aparılan əməliyyat-axtarış tədbirləri çərçivəsində 16 şübhəli şəxs saxlanılıb.

Qeyd olunub ki, saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir. /Haber Global/