Türkiyədə məktəblilər arasında bıçaqlı dava: Yaralananlar var
Dünya
Türkiyədə məktəblilər arasında bıçaqlı insident yaşanıb.
News24.az xəbər verir ki, hadisə Malatya şəhərindəki Yeşilyurt rayonunun Çilesiz məhəlləsində baş verib.
Məlumata görə, iki məktəbin şagirdləri arasındakı hadisə təhqirə görə yaşanıb.
Olay zamanı 5 şagird yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib.
Şagirdlər arasında baş verən davada beş nəfər yaralanıb.
Hadisə ilə bağlı araşdırma davam edir.