Türkiyədə narkotik əməliyyatı: 26 nəfər həbs edildi
Dünya
Türkiyənin İstanbul və digər şəhərlərində keçirilən əməliyyatlar zamanı 1 ton 45 kiloqram narkotik vasitə və 173 min 9 ədəd narkotik tərkibli həb aşkarlanıb, saxlanılan şübhəlilərdən 26-sı həbs edilib.
News24.az xəbər verir ki, iyunun 15-30-u tarixlərində ölkə daxilində və beynəlxalq səviyyədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilən cinayətkar qruplaşmalara, eləcə də şəhərdə fəaliyyət göstərən küçə satıcılarına qarşı əməliyyatlar keçirilib.
İstanbul, Tekirdağ, Gümüşhane və Kocaeli vilayətlərində keçirilən əməliyyatlar zamanı 80 nəfər şübhəli saxlanılıb. Əməliyyat zamanı 1 ton 45 kiloqram narkotik vasitə, 173 min 9 ədəd narkotik tərkibli həb və 2 ədəd avtomatik silah götürülüb.
Şübhəlilər polis bölməsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə çıxarılıb. Onlardan 26-sı barəsində həbs qətimkan tədbiri seçilib. Digər 54 nəfərlə bağlı polis bölməsində prosedurların davam etdiyi bildirilib. (Trend)