Türkiyədə narkotik əməliyyatı: bu məşhurların testi müsbət çıxdı

Türkiyədə narkotik əməliyyatı: bu məşhurların testi müsbət çıxdı Dünya

İstanbulda məşhurların da adının hallandığı narkotik əməliyyatı ilə bağlı istintaqda yeni detallara aydınlıq gətirilib.

News24.az “Haber Global”a istinadən xəbər verir ki, istintaq çərçivəsində bir sıra şəxslərdən götürülən saç və qan nümunələri üzrə məhkəmə-tibbi ekspertizasının nəticələri açıqlanıb.

Araşdırma nəticəsində aktyorlar Melisa Döngel, Cihan Şensözlü, Ezgi Eyüboğlu və Senna Yıldızın narkotik maddə istifadə etdiyi müəyyən edilib. Bildirilir ki, həmin şəxslərin kokain üzrə test nəticələri müsbət çıxıb.

Eyni istintaq çərçivəsində yoxlanılan aktrisa İrem Sakın analizlərinin isə mənfi olduğu qeyd olunub.

Rəsmi qurumlar əldə edilən nəticələr əsasında istintaq tədbirlərinin davam etdirildiyini bildiriblər.