Türkiyədə təhsil buna görə dayandırılır
Dünya
Mərkəzi Kahramanmaraşda olan 6 Fevral zəlzələsinin ildönümündə Hatayda təhsil 1 gün müddətinə dayandırılacaq.
News24.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Qeyd edək ki, 6 fevral 2023-cü ildə baş verən 7,7 və 7,6 bal gücündəki zəlzələr nəticəsində çoxlu sayda bina dağılmış və minlərlə insanın ölümünə səbəb olmuşdu. Qərar, Hatay qubernatoru Mustafa Masatlının göstərişi ilə tətbiq olunacaq.
Sevinc Əhmədqızı