Türkiyənin ABŞ-a cavabı nə olacaq? - Cantürk Caner AÇIQLADI
Dünya
Xəbər verdiyimiz kimi, Suriyada ABŞ Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə Türkiyəyə məxsus pilotsuz təyyarəni vurub.
Pentaqonun sözçüsü Patrik Rayder pilotun PUA-nı potensial təhlükə hesab etdiyi üçün vurduğunu bildirib.
Pentaqon rəsmisi qeyd edib ki, ABŞ Ankaranın Suriyadakı ABŞ qüvvələrini qəsdən təhdid etdiyinə inanmır. Bu fonda Vaşinqton pilotsuz təyyarə ilə bağlı insidenti “təəssüf doğuran” adlandırıb.
Türk mətbuatının bir sıra mənbələrində baş verənlərin Türkiyə ilə Amerika arasındakı münasibətləri daha da gərginləşdirəcəyi yönündə iddialar səslənir.
Mövzu ilə bağlı türkiyəli politoloq Cantürk Caner News24.az-a danışıb.

"2013-cü ildən bu yana Türkiyə ilə ABŞ arasındakı münasibətlər xüsusilə Suriya səbəbindən strateji və diplomatik olaraq parçalandı.
Bu münasibətləri sadəcə Suriyaya görə deyil, ABŞ-nin Orta Şərqdə xüsusilə də Qafqazda yürütdüyü siyasət çərçivəsində qiymətləndirilməlidir. Türkiyə bölgəsində sülh, sabitlik istəyir, xaos deyil. Türkiyə Suriya savaşının maddi və mənəvi baxımdan ən çox zərər görən ölkəsi kimi yekunlaşmasını istəyir. Bu nöqtədə özəlliklə terror təşkilatı YPG, PKK ünsürlərinin Suriyada bir dövlət qurmasının əleyhinədir . Birləşmiş Ştatlar həm Suriyada, həm də orta Şərqdə varlığını davam etdirmək , Rusiya-Ukrayna savaşının gərginliyini Suriyada da tətbiq etmək üçün bu bölgədən çıxmaq istəmir Bu kontekstdə terrorun qolundan biri olan YPG ilə mövcudluğunu uzatmaq niyyətindədir”, - o deyib.
Politoloq hesab edir ki, baş verənlər Türkiyə və ABŞ münasibətlərinin korlanmasına gətirib çıxarmayacaq: “Önəmli olan türk silahlı qüvvələrinin terrora qarşı mövqeyinin , gücünün hərkəsə bəlli olmasıdır. Artıq ABŞ Türkiyənin Suriyadakı siyasətini anlayıb. Bəzi mənbələrdə "Bu, Türkiyənin oyunudur. Özünə yeni bir avantaj təmin edib. Bununla psixoloji üstünlük əldə etdilər".Türkiyənin Suriya ilə bağlı əməliyyatları davam edəcək. Türklərin Suriya siyasəti köklü dəyişiklik içindədir. Bu da normal olaraq Türkiyənin diqqətini çəkir. Türkiyə sözügedən ərazidə terror dövlətinin yaranmasının əleyhinədir və buna əngəl olmağa çalışır.
Bu səbəbdən dolayı Türkiyə və ABŞ arasındakı münasibətlər gərginləşdi. Amerikanın bölgədə hesab-kitabsız davranışlarından Türkiyənin xoşu gəlmir”.
Ayşən