Türkiyənin beşinci nəsil qırıcısı ilk dəfə havaya qalxdı

Türkiyənin beşinci nəsil qırıcısı ilk dəfə havaya qalxdı Dünya

Türkiyənin milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu həyata keçirib.

News24.az xəbər verir ki, bu barədə TRT telekanalı məlumat yayıb.

Qeyd edək ki, “Kaan” Türkiyənin ilk milli döyüş təyyarəsidir. Türkiyə ABŞ-nin F-35 qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib.

Uçuşun uğurlu olduğu bildirilir.

Qırıcının ilk uçuşu ilkin olaraq 2023-cü ilin dekabr ayının sonuna planlaşdırılıb. Bir neçə yerüstü sınaqların keçirilməsi zərurəti ilə əlaqədar təxirə salınıb.

Mehriban Mirzəzadə