Türkiyəyə gedənlərdən barmaq izi götürüləcək

Türkiyəyə gedənlərdən barmaq izi götürüləcək Dünya

Türkiyə Daxili İşlər Nazirliyi ölkəyə daxil olan hər kəs üçün barmaq izi sisteminin tətbiqi ilə bağlı layihə hazırlayıb.

News24.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti idarənin naziri Əli Yerlikayaya istinadən məlumat yayıb. 

O qeyd edib ki, oxşar təcrübələr artıq ABŞ və Böyük Britaniyada da tətbiq edilib.

Bundan əlavə, nazir bildirib ki, müvəqqəti sığınacaq statusu alan şəxslərin, xüsusən də suriyalıların şəxsiyyət vəsiqələrində çiplər quraşdırılacaq ki, bu da onları saxtakarlığa qarşı mümkün qədər etibarlı edəcək.

Məryəm İlhamqızı