Türklərdən sərrast vuruş: - Məhv edildi
Dünya
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı keçirib.
News24.az teleqraf.com-a istinadla xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi Metina və Qara bölgələrində aşkarlanan 6 PKK terrorçusunun məhv edildiyini açıqlayıb.
“Axtar, tap, məhv et! Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Metina və Qara bölgələrində aşkarladıqları 6 PKK terrorçusunu hava əməliyyatı ilə zərərsizləşdirib. Bölgədəki son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatlarımız qətiyyət və əzmkarlıqla davam edəcək”, - nazirlik bildirib.