"Ucuz iPhone" vədi ilə 35 milyon dollar qazanc
Dünya
İranda bir şəxs iPhone-ları ucuz qiymətə satacağını vəd edərək minlərlə insanı aldadıb.
News24.az xəbər verir ki, iPhone 13-ü ucuz qiymətə satdığını iddia edən Kourosh Company adlı şirkətin sahibi Emir Hossein Sherefiyan 10 mindən çox iranlıdan hər mobil telefon üçün 360 dollar ilkin ödəniş alıb.
İran polisi təxminən 35 milyon dollarlıq oğurluq edən və pulu yığaraq ölkədən qaçan Şerefiyan barəsində beynəlxalq axtarış elan edərkən, aldadılan iranlılar da pullarını geri almaq üçün məhkəməyə müraciət ediblər. İran Təhlükəsizlik Baş İdarəsinin sözçüsü Muntezir Əl Mehdi, Şerefiyanın 5 ay əvvəl ölkəni tərk etdiyini bildirərək, şirkətin daha əvvəl hicab qaydalarına əməl edilmədiyi səbəbiylə bağlandığını, lakin məhkəmə qərarı ilə fəaliyyətini yenidən davam etdirdiyini bildirib.
Günel Məlikzadə