Uitkoff və Kuşner ilk dəfə Kiyevə səfər edəcəklər – Tarix verildi

Uitkoff və Kuşner ilk dəfə Kiyevə səfər edəcəklər – Tarix verildi Dünya

ABŞ nümayəndələri Kiyevə səfər edə bilər.

News24.az xəbər verir ki, Ukrayna Prezident Ofisinin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, iş adamı Cared Kuşner və senator Lindsi Qremin aprelin 12-dən sonra Kiyevə səfəri gözlənilir.

Qeyd edək ki, baş tutduğu təqdirdə bu, Uitkoff və Kuşnerin Ukraynaya ilk səfəri olacaq.

Ofis rəhbəri Kiril Budanov qeyd edib ki, səfər nəticəsində Kiyev təhlükəsizlik zəmanətləri əldə edə bilər.

“Biz nə istədiyimizi çoxdan müəyyən etmişik və düşünürəm ki, bu tezliklə reallaşacaq. Təhlükəsizlik zəmanətləri məsələsində müəyyən irəliləyiş əldə etmişik”, – deyə o vurğulayıb.