Ukrayna 9 May atəşkəsinə qoşulmayacaq

Ukrayna 9 May atəşkəsinə qoşulmayacaq Dünya

Ukrayna 9 May atəşkəsini yerinə yetirməyəcək.

News24.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müşaviri Sergey Sternenko “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, Rusiya tərəfi sükut rejimini pozub və Ukraynaya qarşı bir sıra hücumlar həyata keçirib. Bu isə Rusiya prezidenti Vladimir Putinin elan etdiyi atəşkəsi faktiki olaraq mənasız edir.

Bununla yanaşı, Ukrayna prezidenti Volodimir Zelenski bir gün əvvəl bildirib ki, ölkəsinin silahlı qüvvələri uzun mənzilli “Flamingo” qanadlı raketləri ilə Rusiyaya zərbə endirib. Onun iddiasına görə, bu raketlər 1500 km məsafəni qət edib.

Qeyd edək ki, 29 aprel tarixində Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında növbəti telefon danışığı baş tutub.

Danışıqlar zamanı Vladimir Putin İkinci Dünya Müharibəsində Qələbənin 81-ci ildönümü münasibətilə hərbi əməliyyatlar zamanı Ukrayna ilə müvəqqəti atəşkəs elan etməyə hazır olduğunu bildirib. /Gazeta.Ru/